Hörmətli qonaq,
Dünya Bankının Azərbaycandakı Ofisinin internet səhifəsində sizi salamlamaqdan şadıq!
Ümid edirik ki, bu internet səhifəsində təqdim olunmuş informasiya Dünya Bankının Azərbaycandakı fəaliyyəti haqqında tam və müfəssəl məlumat verəcək. Burada siz son hesabatlar, press-relizlər, nəşrlər və Dünya Bankının Azərbaycandakı və dünyanın sizin üçün maraq doğuran digər bölgələrindəki fəaliyyəti barədə digər məlumatlarla tanış ola biləcəksiniz. Bu səhifədə biz həmçinin iqtisadi inkişaf barədə xəbərləri diqqətinizə çatdıracaq və bizim səhifəmizdə məqalə ilə çıxış etmək istəyənlərə mütəmadi olaraq yer ayıracağıq. Ümid edirik ki, bununla ölkə, onun insanları və iqtisadi və sosial məsələləri barədə ümumi informasiya axınının güclənməsinə kömək etmiş olacağıq.
Siz həmçinin http://www.worldbank.org linki vasitəsilə Dünya Bankı Qrupunun qlobal internet səhifəsinə daxil ola bilərsiniz. Həmin səhifədən Dünya Bankı Qrupunun bütün dünyadakı fəaliyyəti barədə daha geniş informasiya əldə edə bilərsiniz.
Səhifə barədə istək və arzularınızı bildirməyinizi xahiş edirik. Sizin qeydləriniz səhifənin təkmilləşdirilməsi zamanı nəzərə alınacaq. İnternet texnologiyası informasiyanın yayılması və onun barədə fikir mübadiləsi aparılması üçün böyük imkanlar yaradır. Bizim məqsədimiz öz müştərilərimizə və səhmdarlarımıza daima təkmilləşən xidmətlər göstərməkdir. Biz internet səhifəsi, xüsusilə də onun sizin üçün daha faydalı olması barədə sizin təkliflərinizi gözləyirik.
Bizim səhifəmizə daxil olduğunuz üçün təşəkkür edirik.
Saytın Azərbaycan dilindəki versiyası üzrə iş davam etməkdədir və tezliklə başa çatacaq.
|